Əlaqə Arxiv
news Image
2017.02.22
13:30
| A A A
Mariya Zaxarova: "Rusiya XİN Rusiya-Azərbaycan əlaqələrinin 25 illiyinə xüsusi diqqət yetirəcək"
Rusiya XİN Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə bir sıra tədbirlər planlaşdırır

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə bir sıra tədbirlər keçirməyi planlaşdırır.

"Movqe" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Yaxın zamanda saytda Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti haqqında ətraflı məlumat dərc edəcəyik. Digər materiallar da hazırlanacaq. Bu tarixə xüsusi diqqət yetirəcəyik, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Sizin Reklam Yeriniz