Con Makkeyn Rusiya ilə "WikiLeaks"-in əlaqələri olduğunu bəyan edib.
Movqe.az xəbər verir ki, Con Makkeyn ABŞ konqresinin silahlı qüvvələr üzrə komitəsinin sədridir.
Makkeyn deyib: "Mən bunu təsdiq edə bilmərəm, amma görünür, "WikiLeaks" Rusiya ilə əlaqələrə sahibdir".
Qeyd edilir ki, Con Makkeyn "WikiLeaks"-in yeni yayımladığı sənədlərdə Rusiyanın "əli" olduğunu sübut edən faktlar təqdim edə bilmir. Amma jurnalistlərin Moskvanın bu informasiyalara aid olub-olmadığı barədə sualına Makkeyn sarkazmla belə cavab verib: "Təbii ki, yox. Bu kimdisə evinin zirzəmisində mayka-tumanda oturub siqaret çəkən adamdır".
Qeyd edək ki, 7 mart tarixində Mərkəzi Kəşfiyyat İdarəsinin kiber casusluq üsulları barədə sənədlər yayılmışdı. Sənədlərə əsasən Mərkəzi Kəşfiyyat İdarəsi mobil telefonlardan, evlərdən və avtomobillərdən istifadə edib.
08.03.201711:13 107