Niderland hakimiyyəti Türkiyədə olan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Movqe.az-ın məlumatına görə, Niderland Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"2017-ci il martın 11-dən etibarən Türkiyə və Niderland arasında diplomatik gərginlik yaşanır. Bütün Türkiyə ərazisində ayıq-sayıq olun və izdiham olan yerlərdən və tədbirlərdən uzaqlaşın".
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.
##2730956 ##Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarıb.
Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.