İŞİD-nin əsas təbliğatçısı məhv edilib
“Martın 25-i İraqın Əl-Kayma rayonunda İŞİD-nin təbliğat rəsmisi İbrahim əl-Ənsari və onu müşayiət edən dörd terrorçu hava zərbəsi nəticəsində məhv ediliblər”.
Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi Cozef Skrokka jurnalistlərə bildirib.