Əlaqə Arxiv
news Image
2017.04.02
23:06
| A A A
Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür

Ermənistanda bu gün keçirilən və kütləvi saxtakarlıqla müşaiyət olunan parlament seçkilərinə dair səsvermənin başa çatmasından az sonra Yerkir Media telekanalının sifarişi ilə keçirilən exit-poll nəticələri açıqlanıb.

Movqe.az virtualaz.org-a istinadən bildirir ki, nəticələrə əsasən hakim Respublika partiyası 46 faiz səslə birincidir. İkinci yeri oliqarx Qaqik Tsarukyanın "Tsarukyan" seçki bloku tutur-25 faiz. Üçüncü yerdə isə deputat Nikol Paşinyanın "Çıxış" blokudur. Bu blokun 10 faiz səs yığaraq seçki blokları üçün nəzərdə tutulmuş baryeri keçdiyi proqnozlaşdırılır. "Daşnaksütun" və "Erməni dirçəlişi" partiyaları isə hərəyə 5 faiz səs yığıb. Exit-poll nəticələri təsdiqlənsə bu partiyalar da parlamentdə təmsil olunacaq. Çünki partiyalar üçün seçki baryeri 5 faizdir.

Keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi "Ohanyan-Raffi-Oskanyan" seçki bloku və Levon Ter-Petrosyanın sülh şüarı ilə seçkilərə qatılmış "Erməni Milli Konqresi-Xalq partiyası" bloku isə 3 faiz səsə ümid edə bilər. Onların parlamentdə təmsil olunmaq şansı yoxdur.

Sizin Reklam Yeriniz