Əlaqə Arxiv
news Image
2017.04.06
13:30
| A A A
Ermənistanın müdafiə naziri parlamentə buraxılmayacaq

Ermənistanda hakim Respublika partiyasından üç əsas şəxs – müdafiə naziri Viqen Sarkisyan, Taron Markaryan və Arpine Hovhannisyan parlamentə daxil olmayacaq. Movqe.az-ın xəbərinə görə, bu barədə AzVision.az erməni KİV-lərinə istinadən xəbər yayıb. Məlumata görə,  hər üç şəxs seçkidən öncə tutduqları vəzifələrdə qalacaq. Viqen Sarkisyan ən azı gələn ilin yazına qədər müdafiə naziri vəzifəsini icra edəcək, Taron Markaryan isə Respublika partiyasından İrəvan şəhər merinə namizədliyini irəli sürəcək. O, hazırda Qaqik Beklaryan və Mihran Poğosyan kimi rəqiblərini qabaqlayaraq növbəti beş ildə İrəvan şəhər meri vəzifəsində qalmağı arzulayır. 

Arpine Hovannisyan isə Ermənistanın baş naziri Karen Karapetyan tərəfindən ən çox sevilən nazirlərdəndir və məlumata görə, o, Ermənistanın ədiyyə naziri vəzifəsinə yenidən təyin ediləcək.

Sizin Reklam Yeriniz