Əlaqə Arxiv
news Image
2017.04.09
11:00
| A A A
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının referendumda səsverməsi başlayıb

 

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının Türkiyə konstitusiyasına əlavə və dəyişiklərə dair referendumda səsverməsi başlayıb.

Movqe.az-ın məlumatına görə, səsvermə Türkiyənin Bakıdakı səfirliyində və Gəncə və Naxçıvanda yerləşən Baş konsulluqlarında keçirilir. 

Səsvermə yerli vaxt ilə saat 21:00-da başa çatacaq.

Azərbaycanda səsvermə hüququna malik olan 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.

Sizin Reklam Yeriniz