Əlaqə Arxiv
news Image
2017.04.10
10:25
| A A A
Tramp Əsəd ordusunun aviabazasına raketlərin buraxıldığı gəminin komandirinə şəxsən təşəkkür edib

ABŞ prezidenti Donald Tramp Suriya ordusunun Şayrat aviabazasına raketlərin buraxıldığı "Porter" gəmisinin komandiri Andria Slouya şəxsən təşəkkür edib.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Şon Spayser "Twitter" səhifəsində yazıb. O bildirib ki, prezident komandirə zəng edib, onu həm təbrik etməklə yanaşı, təşəkkürünü çatdırıb.
 
Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.
 
Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.

Sizin Reklam Yeriniz