Əlaqə Arxiv
news Image
2017.04.11
19:00
| A A A
"Böyük 7"liyin XİN başçıları Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər
Nazirlər məsələni təxirə salıblar

 “Böyük 7”liyin (“G7”) xarici işlər nazirləri İtaliyanın Lukka şəhərində keçirilən toplantıda Rusiyaya və Suriyaya qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı razılığa gələ bilməyiblər.

“Movqe” BBC-yə istinadən xəbər verir ki, bunu Fransanın xairici işlər naziri Jan-Mark Ero bildirib.
Onun sözlərinə görə, görüşdə Suriyadakı rejimin kimyəvi silahdan istifadə etməsinə dair araşdırma başa çatanadək yeni sanksiyaların tətbiqi məsələsinin təxirə salınması haqqında razılıq əldə edilib.
Qeyd edək ki, “Böyük 7”liyin XİN başçılarının toplantısına Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya və Qətərin xarici işlər nazirləri də iştirak ediblər. 

Sizin Reklam Yeriniz