Əlaqə Arxiv
news Image
2017.04.11
17:04
| A A A
Parlament nümayəndə heyəti Belçikada

Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.  
Nümayəndə heyətinin ilk görüşü bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin həmsədri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Səyyad Kərimlə baş tutub. Görüşdə Cənubi Qafqaz bölgəsindəki mövcud siyasi vəziyyət, Avropa İttifaqı və Azərbaycan parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunmuş, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hazırlanan yeni əməkdaşlıq müqaviləsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. 
Görüşdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov və Milli Məclis aparatının beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Babək Ağayev iştirak etmişlər. 
Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir.

 

Sizin Reklam Yeriniz