Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək.
Movqe.az-ın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Görüşdə Azərbaycanın təqdim etdiyi və Aİ-nin dəyişikliklər təklif etdiyi sənəd üzrə danışıqlar aparılacaq.
Danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edəcək.