Əlaqə Arxiv
news Image
2017.04.13
16:55
| A A A
Nümayədə heyətimizin Avropa Parlamentində görüşləri başa çatdı

Avropa Parlamentinin dəvəti ilə 9 aprel tarixindən Belçikada işgüzar səfərdə olan Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti səfərin sonuncu günündə də bir sıra görüşlər keçirmiş və müzakirələr aparmışdır. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradoviştirak etmişlər.

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri xanım AnnaFotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasındadaha fəal rol alması ətrafında fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətimiz həmçinin AP üzvləri xanım SandraKalniete, cənab İvoVayql, cənab KnutFlenkenştayn və xanım Heydi Hautala ilə də görüşlər keçirmiş, parlamentlərimiz arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmışlar.

Nümayəndə heyətinin Brüsselə səfəri başa çatmışdır.

Sizin Reklam Yeriniz