Təkcə Azərbaycan yox, bütün regioan, hətta Avropa üçün təhdid yaradan Qarabağ konfliktinin həlli üçün hesab edilir ki, beynəlxalq təşkilatlar, BMT və ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq etməli, sanksiyalar tətbiq olunmalıdır. Bu sanksiyalar və təzyiqlər olmayanadək Ermənistan sülh istiqamətində heç bir addım atmayacaq və mövcud status-kvonu qoruyub saxlamağa çalışacaq. Bu durum isə təkcə region ox, MDB, Avropanın özü üçün də təhdid yaradır.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən ay regiona səfər edərək, Bakı və İrəvanda görüşlər keçirib: “Həmsədrlərin bu görüşündən də ciddi nəticələr ortaya çıxmadı. Həmişəki kimi şablon bəyanatlar verməklə kifayətləndilər.
Təssüf ki, həmsədr ölkələr Ermənistana sanksiyaların tətbiq edilməsinqin qarşısın alır. Bu, o deməkdir ki, Minsk qrupu işğalçı ölkənin izolyasiyasına imkan vermir. Münaqişənin həllində ədalətli yanaşma ortaya qoymur. Beynəlxalq təşkilatlar da münaqişəyə ikili standartlar səviyyəsində yanaşır. Hesab edirəm ki, Minsk qrupu və beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməyəcək. Sanksiyalar bir tərəfə, Minsk qrupu və beynəlxalq təşkilatlar münaqişə ətrafında ədalətli mövqe sərgiləsələr, konflikt öz həllini tapar.
Azərbaycan türk və İslam ölkələri ilə diplomatik əlaqələri genişləndirib, Ermınistana sanksiyalar tətbiqinə çalışmalıdır. Azərbaycan münaqişəni BMT səviyyəsində qaldırmalı, Təhlükəsizlik Şurasının iclasına təqdim etməlidir. Sanksiyalar tətbiq olunmasa, işğalçı ölkə kompromisə getməyəcək. Danışıqlar da artıq dalana dirənib. Bu münaqişənin həlli üçün Azərbaycan ciddi diplomatik və hərbi hərəkətlərini artırmalıdır. Aprel ayının sonundan başlayaraq, münaqişə ətrafında danışıqlar gözlənilir. Düzdür, Ermənistan danışıqlardan yayınır. Amma Ermənistan danışıqlar masasına qayıtmasa, yay aylarında hərbi eskalasiya mümkündür”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri da Ermənistanın sanksiyalarla qarşılacağına ümid etmir: “Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olmağa başlayandan 24 il keçməsinə baxmayaraq, heç bir dövlət, heç bir beynəlxalq təşkilat işğalçı olduğuna rəğmən, Ermənistana sanksiya tətbiq etmək fikrində deyil. Bu fikrin bu gün də dəyişdiyinə əminlik yoxdur. Ermənistanın işğalçı olmasına, qeyri-demokratik seçki keçirməsinə rəğmən, ona qarşı hansısa sanksiyanın veriləcəyini inandırıcı görünmür.
Nəzərə almaq lazımdır ki, Ermənistanda əhali çox bərbad vəziyyətdə yaşayır. Bütün sanksiyalar da tətbiq olunarkən əsas zəiyyəti xalq çəkir. Bu baxımdan bu məsələləri göz önünə alaraq, Ermənistan siyasi hakimiyyəti üçün hansısa məhdudiyyət, yaxud da sanksiyalar tətbiq olunmayacaq. Bundan başqa, beynəlxalq birlik üçün təkcə əzilən xalq faktoru əsas deyil. Burada bir xristian amili də var. İşğalçı olmasına rəğmən, 24 ildə erməniyə “gözün üstə qaşın var” deyən hansısa dövləti, beynəlxalq təşkilatı görmədik. Bu gün də dəyişən nəsə yoxdur. Xristian faktoruna görə də, beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiyanın tətbiq olunacağını gözləməmək olmaz”.
Mübariz BAYRAMOV