Əlaqə Arxiv
news Image
2017.04.16
09:00
| A A A
Ordumuz genişmiqyaslı təlimlərə başlayır

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri bu gündən başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən çox tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, müxtəlif təyinatlı 25 döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Aprelin 21-dək davam edəcək təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Təlim çərçivəsində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlara köçürülməsi, də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması kimi tapşırıqlar icra olunacaq.

Sizin Reklam Yeriniz