Əlaqə Arxiv
news Image
2017.04.16
17:19
| A A A
Türkiyədə referendum başladı

Movqe.az xəbər veriri ki, ölkənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da açılıb.
Türkiyənin digər regionlarında seçki məntəqələri bir saat gec, Bakı vaxtı ilə 09:00-da açılacaq və 18:00-a qədər işləyəcək.
Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.
Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.
Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.
Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.

Sizin Reklam Yeriniz