Əlaqə Arxiv
news Image
2017.04.16
21:33
| A A A
Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib. 
Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb. 

Sizin Reklam Yeriniz