Əlaqə Arxiv
news Image
2017.04.16
17:15
| A A A
Prezident İlham Əliyev Yevlaxda Heydər Əliyevin abidəsini ziyarət edib

Bu gün  Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Movqe.az-ın məlumatına görə, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Azərbaycan Prezidentinə məlumat verib.

 

Bildirilib ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, yeni istehsal müəssisələri yaradılıb.

Sizin Reklam Yeriniz