Amerika Birləşmiş Ştatları (ABŞ) diqqətini Azərbaycanla münasibətlərinə yönəltsə, müdrik addım atmış olar.
Movqe.az-ın məlumatına görə, bunu “Xarici siyasətdə peşəkarlar” Düşüncə Mərkəzinin əməkdaşı Daniel Urçik “Diplomatic Courier” jurnalındakı məqaləsində yazıb.
Müəllif qeyd edir ki, ABŞ Azərbaycanla diplomatik, iqtisadi, eləcə də təhlükəsizlik sahəsində münasibətləri möhkəmləndirməlidir:
“Bu, ABŞ-a regionda öz təsirini gücləndirməyə imkan verəcək. Azərbaycanla münasibətlərin inkişafına diqqətin yönəlməsi enerji təhlükəsizliyinin təmin olunmasından, Türkiyə və İsrail kimi ölkələrlə münasibətlərin yaxşılaşdırılmasınadək ABŞ-a kömək göstərə bilər”.
Məqalədə qeyd olunur ki, Azərbaycanın Türkiyə və İsraillə sıx münasibətləri ABŞ-a bu ölkələrlə gərginləşmiş münasibətləri yaxşılaşdırmaq imkanı verir.