Əlaqə Arxiv
news Image
2017.04.20
22:30
| A A A
Saakaşvili Putinlə əlbirdir?

Ukrayna Ali Radasının "Petro Poroşenkonun bloku" fraksiyasından olan deputatı Oleq Barna Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq etməkdə ittiham edir.

Trend-in məlumatına görə, M.Saakaşvili özünün "Başqa Ukrayna" adlı verilişində P.Poroşenkonun fəaliyyətini tənqid edib, Ukrayna Təhlükəsizlik Xidmətinin rəis müavini Pavel Demçini isə ölkənin "düşməni" elan edib.

Bundan sonra O.Barna gözlənilmədən M.Saakaşvilinin Moskva ilə əlaqəsi olduğunu iddia edib: "Belə çıxır ki, burada Poroşenkonun əleyhinə Putinlə birləşiblər. Lakin bu sizdə alınmayacaq".

M.Saakaşvili isə cavabında deyib: "Putinlə əlbir olmağımla bağlı fikirləri qəbul etmirəm. Rusiyada fabrikim yoxdur".

Sizin Reklam Yeriniz