Əlaqə Arxiv
news Image
2017.04.21
12:05
| A A A
Sorğu: Donald Trampın prezident kimi fəaliyyətini amerikalıların 41 faizi bəyənir

 Donald Trampın ABŞ prezidenti vəzifəsində ilk 3 aydakı fəaliyyətini amerikalı seçicilərin 41%-i dəstəkləyir.
Movqe.az report-a istinadən xəbər verir ki, bu, "Gallup" şirkətinin apardığı reytinq sorğusu nəticəsində məlum olub. 
Şirkət vurğulayıb ki, bu, onların sosioloji tədqiqatlar keçirdiyi bütün dövrlər ərzində prezidentin ilk 3 ayı baxımından ən aşağı göstəricidir. Məsələn, bundan əvvəlki ABŞ dövlət başçısı Barak Obamanın prezident kimi ilk 3 aydan sonrakı reytinqi 64% təşkil edib.
"Gallup"un məlumatına görə, D.Trampa qədər ən aşağı göstərici Demokratlar Partiyasından olan prezident Bill Klintonun dövründə qeydə alınıb - 55%. Ən yüksək reytinq isə Con Kennedidə olub: rəyi soruşulanların 74%-i onun prezident kimi ilk 3 aydakı fəaliyyətini yüksək dəyərləndirib.
Qeyd edək ki, araşdırmanın nəticələri yanvarın 20-dən aprelin 19-dək ABŞ prezidentinin reytinqinin gündəlik müşahidəsinə əsaslanır.

Sizin Reklam Yeriniz