Əlaqə Arxiv
news Image
2017.04.24
13:11
| A A A
Fransada seçkidən sonra etirazlar: 143 nəfər həbs edilib

Fransanın paytaxtı Parisdə birinci tur prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra baş verən etirazlarda 143 nəfər həbs edilib. Movqe.az azvision.az-aistinadən xəbər verir ki, nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda 9 nəfər xəsarət alıb. Onlardan 6-sı polis, 3-ü mülki şəxsdir.

Hazırda saxlanılanların 29-u polis nəzəratindədir. Aksiya iştirakçıları bankların və polis avtomobillərinin şüşələrini sındırıblar Etirazçılar, həmçinin asayiş keşikçilərinə şüşə qablar atıblar.

Qeyd edək ki, ötən gecə Bastiliya meydanından başlanan etirazlar səbəbindən küçələr bağlanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənək, gurultulu və tüstü buraxan şaşkadan istifadə edib.

Sizin Reklam Yeriniz