Əlaqə Arxiv
news Image
2017.04.25
13:37
| A A A
Sarkisyan seçicilərə verilən pulları geri istəyir

Ermənistanın hakim Respublika partiyasında daxili çəkişmələr davam edir.

Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, Respublikaçılar daxilində gərgin "razborkalar" gedir. Xüsusilə, seçki kapmaniyası zamanı namizədlərin partiya xəzinəsindən nə qədər pul götürməsi, nə qədər səs vəd etməsi əsas mövzu olaraq müzakirə edilir. 

Araşdırmalara görə, pullar əldə edilən səslərin sayından çox rüşvət kimi paylanıb. Böyük saxtakarlıqla "qələbə" qazanan Sarkisyan ona səs gətirən respublikaçılardan bir dram dəqiqliyi ilə hesab tələb edir.

Müzakirələrin daha çox rüşvət paylanan, o cümlədən parlament seçkiləri ilə yanaşı şəhər merinə seçkilər keçirilən İrəvanda aparıldığı bildirilir.

Sizin Reklam Yeriniz