Əlaqə Arxiv
news Image
2017.05.03
12:11
| A A A
Gecikdirilmiş 60 min manat sosial ödəniş işçilərə ödənilib

Cari ildə Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 60 min manata yaxın sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə  Movqe.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu ilin ötən dövründə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin araşdırılması və əmək hüquqlarının pozulması halları ilə bağlı aidiyyəti tədbirlərin görülməsi işləri davam etdirilib.

Xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-aprel aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 60 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 56 448 manatı (94,1 faiz) gecikdirilmiş əmək haqlarından, 2 300 manatı (3,8 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı ayrı-ayrı işçilərin işdən qeyri-qanuni şəkildə azad edildikləri də müəyyən edilib və görülən tədbirlər nəticəsində onların yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əmək haqları və sosial xarakterli digər ödənişlərin onlara qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib.

Sizin Reklam Yeriniz