Bakıda İslamiada ilə əlaqədar daha bir qadağa-Özəl
Bakıda bu mövsüm səyyar ticarətə icazə verilməyəcək. Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat katibi Əliabbas Bağırov söyləyib. Ə. Bağırov deyib ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bu mövsüm küçə ticarəti yasaqlanıb: "Paytaxt Bakı bildiyiniz kimi İslamiada kimi möhtəşəm oyuna ev sahibliyi edəcək. Bakıda İslamida və Formula-1 yarışlarının keçirilməsi səbəbindən bu yay səyyar ticarətə icazə verilməyəcək. Oyunlar sona çatdıqdan sonra bəzi yerlərdə səyyar ticarətə icazələr verilməsinə baxıla bilər".
Zülfiyyə QULUYEVA