Əlaqə Arxiv
news Image
2017.05.08
14:48
| A A A
Sarı zolağa daxil olduğu üçün cərimələnən sürücülərin sayı açıqlandı- 4 günə şok statistika

Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarına (sarı zolaqlar) mayın 5-dən bu günə kimi daxil olan 750-dən çox avtomobil sürücüsünə elektron protokol tərtib olunub. Bu barədə Movqe.az-a özəl açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. V. Əsədov deyib ki, həmin zolaqda hərəkət etmənin qadağan olduğu işarəyə məhəl qoymayaraq qaydanı pozanlar 40 manat məbləğində cərimə olunur. Şöbə rəisi Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən başlayaraq 25-dək istifadə olunacağını söyləyib: " IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələri bu zolaqlara daxil olsa, həmin nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaq".

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz