Əlaqə Arxiv
news Image
2017.05.08
16:26
| A A A
"Bakcell" gəncləri “Smart Start” təcrübə proqramına qatılmağa dəvət edir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.

Şirkətdən  Movqe.az-a  verilən məlumata görə, tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən böyük şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklər təqdim etmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlərə satış və marketinq sahəsində 2 ay müddətində təcrübə keçmək imkanı yaradılacaq. Təcrübə müddətində gənclər şirkətin mütəxəssisləri arasından seçilən təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini, öyrənir, eyni zamanda karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda təşkil olunan təlimlərdə iştirak edirlər. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləndiriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

http://developtalent.bakcell.com/az səhifəsində “Smart Start” haqqında daha ətrafli məlumat almaq və 15 may 2017-ci il tarixinə qədər müraciət göndərmək olar.

Qeyd edək ki, 2014-cü ildən etibarən “Smart Start” təcrübə proqramında iştirak etmək üçün 5500-dən çox müraciət daxil olub. Onlardan 85 nəfər seçimdən uğurla keçərək proqramda iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən məzunlardan 16 nəfər Bakcell şirkəti tərəfindən, 19 nəfər isə başqa şirkətlər tərəfindən işlə təmin edilib. Digər 50 nəfər isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizin Reklam Yeriniz