Əlaqə Arxiv
news Image
2017.05.24
15:56
| A A A
Daha bir “Cek Pot”- 78 min 715 manat məbləğində uduş qeydə alındı
Ani lotereyalarda isə milyon ədəddən çox uduş iştirakçıları gözləyir

“Azərlotereya” ASC-nintəşkil etdiyi “5/36” lotereyasının 23 may tirajında daha bir “Cek Pot” uduşu qeydə alındı! 500539 nömrəli lotereya biletinin sahibi olanhəmvətənimiz 78 min 715 manat qazandı. Diqqətəlayiq bir haldır ki,“6/40” lotereyasının 25 aprel tirajında 125 min 380 manat məbləğində “Cek Pot” uduşundan heç bir ay keçməyib.

Ümumiyyətlə,son illərdə intellektual lotereyalarda mütəmadi olaraq iri uduşlar qeydə alınır. Sanki bu iki lotereyaarasında uduş yarışı gedir. Lotereyaların daimi iştirakçılarıyaxşı xatırlayırlar ki, hələ bu ilin əvvəlində “5/36” lotereyasında qeydə alınan 112.120 manat məbləğində uduşdan iki həftə keçməmiş“6/40” lotereyasında 108.530 manat məbləğində uduş qeydə alınmışdı. “5/36” lotereyası da öz növbəsində bu uduşa ümumi məbləği 100 min manata çatan bir neçə iri uduşla cavab vermişdi. Ötən yazımızda bu uduşlardan sonuncusu -58.030 manat məbləğində“Cek Pot” uduşu haqqında məlumat verərək qeyd etmişdik ki, intellektualların əsas hədəfi 100 min manatdan çox məbləğdə “Cek Pot” təklif edən “6/40” lotereyasıdır və aprel ayının 25-də “6/40” lotereyası 125 min 380 manat uduşla öz sözünü dedi. Bu məbləği şərikli udan üç həmvətənimizin hərəsi 41 min 793 manata sahib oldu.

Məmnuniyyətlə qeyd edirik ki, üstündən heç bir ay keçməmiş“5/36” lotereyası 78 min 715 manat məbləğində uduşla “Cek Pot” uduşlarının sayına görə lider olduğunu bir daha sübut etdi. Yeri gəlmişkən, artıq intellektual lotereyaların tirajları, bazar günü də daxil olmaqla hər gün keçirilir və deməli başlamaqda olan yay mövsümü uduşlarla daha zəngin olacaq.

Yay mövsümü təkcə intellektuallar deyil, ani lotereya həvəskarları üçün də çox maraqlı keçəcək. Bu əminlik ondan qaynaqlanır ki,əvvəla, yaz-yay mövsümündə lotereya həvəskarları adətən, ani lotereyalara daha çox diqqət

yetirirlər, digər tərəfdən isə, hazırda ölkə lotereya bazarında uğurla fəaliyyət göstərən “Super Uğurlu Rəqəm”, “Super 8”, “Uğurlu Rəqəm 9”, “Çempionat”, “Qoşa Şans 3”, “Topla Qazan”, “Futbol 3” vədigər populyar ani lotereyalarda milyon ədəddən çox uduş oynanılır.

Bu uduşların məbləğləri və sayı haqqında dolğun təsəvvür yaratmaq üçün bircə rəqəmi nəzərinizə çatdırmaq istərdik. Belə ki, təkcə “Uğurlu Rəqəm 9” ani lotereyası lotereya istehlakçılarına toplam məbləği 1.700.000 manat olan 749.788 ədəd uduş təklif edir. “Uğurlu rəqəm” seriyasına daxil olan “Uğurlu Rəqəm 9” lotereyasının oynanılma qaydaları isə dəyişməz qalır. “Uğurlu rəqəm 9” lotereya biletinin üzərində yerləşən üstüörtülü “uğurlu rəqəm” və “oyun xətləri”nin qoruyucu səthini pozmaq lazımdır. “Uğurlu rəqəm” zonasında yazılan rəqəm “oyun xətləri”nin üzərində olan rəqəmlərdən biri ilə üst-üstə düşərsə, bilet həmin xətdə göstərilən məbləği udmuş olur.

“Uğurlu rəqəm” seriyasına daxil olan lotereya biletlərinin özəlliyi ondadır ki, biletiniz bir neçə xətt üzrə uduşlu ola bilər və bu halda Sizin uduşlar cəmlənir. Tirajlı həftəlik lotereya həvəskarlarına gəldikdə isə, 1 manatdan 13 min 300 manatadək irili xırdalı çoxsaylı uduşlarla yanaşı,həftənin bazar ertəsi “Binqo”dan 60 min manat məbləğində “Fortuna” və 75 min manat məbləğində “MeqaPot”,“Klassik Loto”nunçərşənbə tirajında 54 min manatməbləğində “MeqaPot” Sizi gözləyirlər.

Həftənin cümə günləri keçirilən“4+4” lotereyasının şərtləriiştirakçıların çoxsaylı müraciətlərinə əsasən daha da sadələşdirilmişdir. Belə ki, bu lotereyanın tirajında “4+3” vəya “3+4” uyğunluğu olan uduşlar üzrə uduş məbləği toplanmır, növbəti tiraja keçirilmir və adi qaydada, digər kateqoriyalı uduşlar arasında bölünür. Artıq “4+4” uyğunluğu “MeqaPot”deyil,“Cek Pot”adlandırılır və hazırda “4+4”lotereyası öz iştirakçılarına 92.750manatməbləğindəmöhtəşəm “Cek Pot” təklif edir!

Yeri gəlmişkən, satış məntəqələrində hazır “4+4” lotereya biletlərini almaqla yanaşı, “5/36” və “6/40” lotereyalarında olduğu kimi rəqəm kombinasiyalarını özünüz tərtib edə bilərsiniz. Bu kombinasiyaları müəyyən edib, variantlarınızı satış məntəqələrində pulsuz paylanan xüsusi blanklarda qeyd edərək satıcı-operatorlara təqdim etməniz kifayətdir.

Yuxarıda qeyd etdiyimiz kimi yay mövsümü başlayır və bu baxımdan lotereya istehlakçılarına xatırlatmaq istərdik ki, www.azerlotereya.com saytı və “LotoKart” balans artırma kartları onların istənilən məkanda lotereyalarda iştirakına yardımçıdırlar.Belə ki,“LotoKart”larıindidən alın,istədiyiniz vaxtwww.azerlotereya.comsaytındakı “LotoKart vasitəsi ilə balansı artırmaq”bölməsinə daxil olaraq balansınızı artırın, istədiyiniz lotereyada iştirak edin. İstər intellekt və intuisiyanıza güvənərək rəqəmkombinasiyalarını özünüzmüəyyən edin, istər hazır lotereya biletlərini alın, istər ani lotereyaları alın, pozun.Fərqi yoxdur. Əsas odur ki, udun!

Sizin Reklam Yeriniz