Əlaqə Arxiv
news Image
2017.06.01
08:10
| A A A
Baş redaktorların Naxçıvana səfəri davam edir

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir. Movqe.az-ın məlumatına görə,səfərin ikinci günündə Naxçıvan Muxtar Respublikasına yola düşmüş KİV rəhbərlərindən ibarət  Nümayəndə Heyyətinin Sədərək rayonunun Heydərabad qəsəbəsi ilə tanışlıq, tabor mərkəzində əsgərlərlə görüş, Sədərək kəndindəki yeni məktəb binasına baxışı nəzərdə tutulur. Daha sonra qonaqlar Şərur şəhərində "Bahar" Kinoteatrı, 2 nömrəli tam orta məktəb, Fizika-Riyaziyyat Təmayüllü Lisey, Texniki Peşə və Sürücülük Məktəbi, Şərur Olimpiya İdman Kompleksi ilə tanış olacaqlar. Nümayəndə Heyyətinin həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki uşaq bağçası, Şahtaxtı kənd tam orta məktəbi, Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsi və "Qarabağlar" Türbə Kompleksinin bərpa işləri ilə tanışlıq, Naxçıvan Sənaye kompleksinə baxışı da nəzərdə tutulub. Qeyd edək ki, may ayının 31-də ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik Nümayəndə Heyyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Üç günlük səfər çərçivəsində qonaqların Muxtar Respublikanın müxtəlif mədəni, tarixi abidələrlə tanışlığı nəzərdə tutulub.


Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz