Əlaqə Arxiv
news Image
2017.06.01
17:00
| A A A
Pulsuz dərman paylanması, satışı və tibbi xidmətin reklamına görə cəzalar müəyyənləşir

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr layihəsi müzakirəyə çıxarılıb.Movqe.az-ın məlumatına görə, məcəlləyə aşağıdakı məzmunda 428.4-1 maddəsi təklif edilir:

 
“Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə, fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 1000 manatdan 2000 manata qədər cərimə olunacaqlar".
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sizin Reklam Yeriniz