Əlaqə Arxiv
news Image
2017.06.01
17:10
| A A A
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində 17 uşaq əməliyyat olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən movqe.az-a verilən xəbərə görə, Mingəçevir Uşaq Nevroloji sanatoriyasında təşkil edilən bayram şənliyində çıxış edən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu müddətdə 4 anadangəlmə ürək-qüsurlu uşaq əməliyyat olunub.

Tədbirlər çərçivəsində Mingəçevir şəhəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin rəhbərliyi 1 iyun tarixində doğulan körpələrin valideynlərinə doğum haqqında şəhadətnamələri xəstəxanada təqdim edib.
Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov isə bildirib ki, icbari tibbi sığortanın tətbiqi müddətində 86 uşağa müalicə, müayinə və əməliyyat üçün digər tibb müəssisələrinə göndəriş verilib. Yevlax rayonunda rəsmi qeydiyyatda olan 13 uşaq icbari tibbi sığorta çərçivəsində həyati vacib, dəyəri yüksək olan əməliyyat olunub: “İcbari tibbi siğortanın baza zərfində 1829 tibbi xidmət vardır ki, pilot ərazilərdə qeydiyyatda olan digər əhali qrupları kimi uşaqlar da bu xidmətlərdən pulsuz yararlanırlar”.

Sizin Reklam Yeriniz