Əlaqə Arxiv
news Image
2017.06.01
17:30
| A A A
Naxçıvanda səfərdə olan KİV rəhbərləri Şərurda-FOTOLAR

Naxçıvanda səfərdə olan  KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti  səfərin ikinci günüdə Şərur rayonuna olublar. Movqe.az-ın xəbərinə görə, Şərur rayon 2 saylı tam orta məktəbdə qonaqları məktəbin direktoru Sevil Hacıyeva qarşılayıb. Məktəb direktoru nümayəndə heyyətinə təhsil ocağı ilə bağlı geniş məlumat verərək burada 120 müəllimin çalışdığını bildirib :" Hazırda məktəbdə 800-ə yaxın şagird təhsil alır. Bizim məktəbdə 1027 şagird yeri var. Ötən il məzun olan 56 şagirddən 35-i ali məktəbə qəbul olub. 8 şagirdimiz isə 500-dən çox bal toplayıb. Bu il məktəbi 43 məzun başa vurur. Onlardan 40 nəfəri ali məktəbə sənəd verib, qəbul imtahanlarının birinci mərhələsində 23 nəfəri ali məktəbi qazanıb, 3 nəfəri 500-600 bal toplayıb".

Məktəbin təməlinin 1986-cı ildə qoyulduğunu söyləyən S. Hacıyeva məktəbin 2015-ci ildə sökülərək yerində 4 mərtəbəli təhsil ocağı inşa edildiyini söyləyib:" Əvvəl məktəbin şagird tutumu az idi. Yeni məktəbimiz geniş olmaqla yanaşı, təhsildə yeniliklərin də tətbiqinə imkan verən müasir sinif otaqları ilə zəngindir".

Qonaqlar daha sonra Şərurda digər tədris müəssisələrində  də olublar. Şərur rayon Peşə və Sürücülük məktəbində olan media rəhbərlərinə burada tədrislə bağlı geniş məlumat verilib. Məktəbin müdiri Vəfadar Ələkbərov bu günə qədər məktəbə1927 nəfər müdavim qəbul edildiyini, 1739 müdavimin sertifikatla təmin olunduğunu söyləyib. Məktəb direktoru deyib ki, peşə məktəbində əmək bazarında tələbat olan ixtisaslara yiyələnmək imkanı var. O, müdavimlərdən 880 nəfərindən 446-nın işlə təmin olunduğunu deyib.

 

 

 

 

 

 

 

 

 

Şərur Olimpiya İdman Kompleksində isə nümayəndə heyyətinə buradakı mehmanxana barədə məlumat verilib. Qeyd edilib ki, Şərura qonaq gələnlər rayondakı 60 yerlik mehmanxananın xidmətindən istifadə edirlər. 

 

 

 

 

 

 

 

 

 

Səfər çərçivəsində KİV rəhbərləri rayonda yerləşən Fizika Riyaziyyat Təmayüllü Liseylə də tanış olublar.

 

 

 

 

 

 

 

 

 

Daha sonra qonaqlar Şahtaxtı Gömrük İdarəsində rəhbərliklə görüşüblər. KİV rəhbərlərinə Şahtaxtı Gömrük İdarəsinin yaranması, iş qrafiki ilə bağlı məlumat verilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakıdan Naxçıvana səfərə gedən KİV rəhbərləri günün sonunda Şərur rayon Qarabağlar kəndində yerləşən "Qarabağlar Türbəsi" ində aparılan restavrasiya işləri ilə tanış olublar. Qonaqlara türbədə aparılan bərpa işləri barədə geniş məlumat verilib. Xatırladaq ki, mayın 31-də ölkənin aparıcı media orqanlarının rəhbərləri Naxçıvana  üç günlük səfər ediblər. 

 

Sizin Reklam Yeriniz