Əlaqə Arxiv
news Image
2017.06.02
11:53
| A A A
Bakıda saxta diplom satan şəxs tutulub

Bakıda saxta diplom blanklarını satan şəxs tutulub.

Movqe.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5.000 manata satarkən tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz