Əlaqə Arxiv
news Image
2017.06.04
12:38
| A A A
İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır...

2015-ci ildən başlayaraq, ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilir. Ayrı-ayrılıqda bölgələr üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqları imtahan edilir.

2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanı bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.

Və həmin müəllimlər diaqnostik qiymətləndirilməyə buraxılmayıblar.

Digər bir məqam müəllimlərin işə qəbulunun yalnız müsabiqə yolu ilə həyata keçirilməsidir ki, bununla da Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları da aşkarlanıb.

Movqe.az bildirir ki, Təhsil Nazirliyinin modern.az-ın sorğusuna verilən cavabında diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin sayı açıqlanmasa da, belə pedaqoqların az olmadığı qeyd edilib.
"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb. Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir",-nazirlikdən bildirilib.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl bəzi bölgələrdə keçirilən diaqnostik imtahandan sonra müəllimlərin müəyyən faizinin sıfır bal toplaması ilə bağlı məlumat paylaşılmışdı. Təbii ki, bu, rəsmi mənbə deyildi, imtahana nəzarət edən şəxslərdən biri belə bir məlumat yaymışdı və böyük rezenans doğurdu.

Sizin Reklam Yeriniz