Londondakı terroru İŞİD üzərinə götürdü
İŞİD terror təşkilatı Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Movqe.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə İŞİD yaraqlıları özləri məlumat yayıblar.
Qeyd edək ki, terror aktı nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Britaniya polisi insidentlə əlaqədar 12 nəfəri saxlanılıb.