Əlaqə Arxiv
news Image
2017.06.06
12:11
| A A A
Bakıda 7 körpənin ölümü və bir qutuda basdırılması QALMAQALI BÖYÜYÜR

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında uşaq ölümləri ilə bağlı iddialar yenidən gündəmə gəlib.

 Movqe.az  big.az-a istinadən xəbər verir ki, hələ bir müddət əvvəl xəstəxananın doğum şöbəsinin müdiri Zəhra Abbasovanın bu işdə adı hallanırdı. Ötən gün isə Bakı sakini 37 yaşlı Günay Axundovanın 7 körpənin xəstəxanada öldürülərək bir qəbirdə basdırılması ilə bağlı dedikləri mediada günün ən səs-küylü və tükürpədici xəbəri olaraq tirajlanıb.

Məsələ ilə bağlı Ak.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev Metbuat.az-a açıqlamasında bunları deyib: “Ümumiyyətlə, həm uşaq, həm patoloji hamiləlik şöbəsində çox gözəl mütəxəssislər çalışır. Heç bir problem yoxdur”.

Zəhra Abbasova ilə bağlı isə baş həkim müavini bildirib ki, o, hazırda sözügedən xəstəxanada çalışır:

"Zəhra xanım həkimdir, burada işləyir".

Sizin Reklam Yeriniz