Əlaqə Arxiv
news Image
2017.06.07
16:11
| A A A
Əli Həsənov: Yataqxanadakı yanğından ziyan çəkən ailələr müvəqqəti mənzillərlə təmin ediləcək (FOTO) (YENİLƏNİB)

Yataqxanadakı yanğından ziyan çəkən ailələr müvəqqəti mənzillərlə təmin ediləcək.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğınla əlaqədar hadisə yerinə gələn Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov yataqxanada yanğından ziyan çəkən ailələrin müvəqqəti yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib:

"Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyi araşdırmalara başlayıb. Yanğın hadisəsinin səbəbləri araşdırılır. Yanğının nədən baş verdiyi bilinmir. Hazırda yataqxanada məskunlaşan ailələrin yerləşdirilməsi üçün mənzillər axtarırıq. Bu dəqiqələrdə ölkə rəhbərliyinə məruzə edəcəyəm. Bu gün həmin ailələr müvəqqəti mənzillərlə təmin ediləcək. Yataqxana təmir olunana qədər onlar həmin mənzillərdə qalacaq".

Sizin Reklam Yeriniz