Əlaqə Arxiv
news Image
2017.06.08
12:38
| A A A
Hansı abituriyentlər Azərbaycan dilindən imtahan verəcək?

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 11-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək. DİM-dən Movqe.az-a verilən məlumata görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən , həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlanacaq.
İmtahanda abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Məlumat üçün bildirək ki, imtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi müəllim ayrılıb.

Sizin Reklam Yeriniz