Əlaqə Arxiv
news Image
2017.06.08
15:59
| A A A
Dayanacaq əvvəlki yerinə qaytarılır

İyunun 10-da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əvvəlki yerində sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a verilən məlumata görə, köçürülmə ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib. Nəqliyyat Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin, dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.

Sizin Reklam Yeriniz