Əlaqə Arxiv
news Image
2017.06.12
10:36
| A A A
"Analizlərin nəticəsi məlum olmamış uşaqların hansı səbəbdən xəstələndiyini söyləmək olmaz!" Rəsmi

“Ötən gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə faktı ilə bağlı araşdırmalar günün sonunda bəlli olacaq. Analizlərin nəticəsi məlum olmamış uşaqların hansı səbəbdən xəstələndiyini söyləmək olmaz”.

Bu barədə Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev söyləyib: “Uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq. İndidən bunun hansısa mövsümi xəstəliyin göstəricisi olub-olmadığını söyləmək düzgün deyil. Uşaqlardan nəcis kütləsu və qusuntu materialları götürülüb. Bu analizlərin nəticəsi əlimizdə olmadan konkret bir fikir bildirmək olmaz”. 

Xatırladaq ki, son bir neçə gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər uşaqların sudan zəhərləndiyini bildiriblər. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz