Əlaqə Arxiv
news Image
2017.06.12
11:05
| A A A
Uşaqların kütləvi zəhərlənməsi barədə baş pediatrdan-AÇIQLAMA

"Hələki uşaqlar arasında kəskin infeksion xəstəliklə bağlı bizə bir müraciət belə daxil olmayıb. Zəhərlənmə diaqnozu ilə bağlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yerləşdirilən uşaqların da virus mənşəli, yaxud da mövsümi xəstəliklə bağlı xəstələndiyi barədə indidən qəti fikir söyləmək olmaz". 

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev söyləyib. N. Quliyev deyib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı labarator müayinələrin nəticələri bəlli olmamış, indidən bu barədə fikir söyləmək olmaz: "Uşaqların kütləvi şəkildə xəstələnməsinin səbəbi labarator analizlərin nəticəsi zamanı üzə çıxacaq. Hər halda  Elmi Tədqiqat Pediatriya İnstitutuna uşaqlarda kəskin infeksion xəstəliklə bağlı bir müraciət də olmayıb",

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz