Əlaqə Arxiv
news Image
2017.06.13
10:31
| A A A
Konyada qız və oğlan şagirdlərə ayrı siniflərdə dərs keçiləcək

Türkiyənin Konya vilayətində orta məktəbdə qız və oğlan şagirdlərə ayrı siniflərdə dərs keçilməsinə qərar verilib.
 
Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, növbəti tədris ilində Səlcuqlu rayonundakı Konevi Anadolu Liseyində qərarın icrasına başlanacaq. Bununla bağlı liseyin rəhbərliyi təhsil müəssisəsinin rəsmi internet səhifəsində açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2017-2018 tədris ilində məktəbdəki oğlan və qız şagirdlərə dərs ayrı siniflərdə tədris ediləcək.
 
Açıqlama ciddi müzakirələrə səbəb olub. Cümhuriyyət Xalq Partiyasından millət vəkili Tuncay Özkan məsələyə sərt reaksiya göstərib: “Dünya elmlə inkişaf etdir, bizim məktəb direktorları isə qız-oğlanları ayırmaqla məşğuldurlar. Bu, təhlükəli gedişdir. Təhsil naziri İsmət Yılmazı qanunazidd hərəkət edən direktoru cəzalandırmağa çağırıram”.

Sizin Reklam Yeriniz