Əlaqə Arxiv
news Image
2017.06.14
12:05
| A A A
Karyeraya "Nədən və Necə başlamalı?" (FOTO)

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Mütəmadi olaraq tələbələr üçün təlimlər təşkil edən Mərkəz bu dəfə “Nədən və Necə başlamalı?” şüarı altında görüş keçirib.

Bu barədə Movqe.az-a şirkətdən məlumat verilib.

Azercell Telekom və PAŞA Bankın dəstəyilə Bakı Dövlət Universitetində yaradılmış “Barama Media Mərkəzi”ndə 13 İyunda baş tutan görüşdə “Avto Stop Media” şirkətinin qurucusu və eyni zamanda Azərbaycanda bir çox radio layihələrin rəhbəri Tural Yusifov və “Technote Media”nın gənc yaradıcısı, həmçinin IT sahəsi üzrə geniş təcrübəsi olan Fərid Pərdəşünas tələbələrin qonağı olub. Görüşün məqsədi gənc tələbələrin hələ universitet dönəmindən yaradıcılıq, karyeraya başlamalarına dəstək olmaq, onlar arasında cəmiyyətə faydalı, yüksək iş həyatının qurulmasını təbliğ etmək idi. Ölkənin bir çox universitet tələbələrinin iştirak etdiyi tədbirdə interaktiv diskussiya formatında aktiv müzakirələr keçirilib.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Sizin Reklam Yeriniz