Əlaqə Arxiv
news Image
2017.06.14
17:36
| A A A
Masallıda boks idman növü üzrə rayon birinciliyi

 
12-13 iyun 2017-ci  il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı Boks  Mərkəzində “15 iyun Milli Qurtuluş Günü” nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks  idman növü üzrə Masallı rayon birinciliyi keçirilib.
10 çəki dərəcəsində 82  nəfərə yaxın   yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, rayonda boks  idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclərin idmana olan marağını daha da artırmaqdadır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom , medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz