Əlaqə Arxiv
news Image
2017.06.16
11:30
| A A A
Tovuzda 2 yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb
Yanıq xəsarətləri alan azyaşlının vəziyyətinin orta-ağır olduğu bildirilir

Tovuz rayonunda iki yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. 
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova yaşadığı evdə ehtiyatsızlıq nəticəsində içərisi qaynar su ilə dolu olan qazanın içinə düşüb. 
Nəticədə yanıq xəsarətləri alan azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz