Əlaqə Arxiv
news Image
2017.06.16
16:20
| A A A
Cənubi Qafqazda biomüxtəliflik mövzusunda təlim keçirilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması" Proqramı jurnalistlər üçün "Təbiətin faydalarından bəhrələnək - Biomüxtəliflik və Ekosistem Xidmətləri Kütləvi İnformasiya Vasitələri üçün" mövzusunda təlim keçirib.

 
APA-nın xəbərinə görə, proqramın layihə rəhbəri Patrik Şlyager tədbirdə deyib ki, Azərbaycan dünyanın ən qaynar biomüxtəlifliyi olan nöqtələrindən biridir. Ümumilikdə Cənubi Qafqaz qlobal əhəmiyyətə malik biomüxtəliflik ocağıdır: "Azərbaycanda 1000-dən çox endemik nümunə mövcuddur. Avropada bunların əksəriyyəti "Qırmızı kitab"a düşüb, Azərbaycanda isə sərbəst dövriyyədədir".
 
P. Şlyager qeyd edib ki, ictimaiyyətin biomüxtəliflik və ekosistem xidmətləri barədə məlumatlandırılması, qida, təmiz su, müalicəvi ehtiyatlar kimi ekosistem xidmətlərindən istifadə və onların mühafizəsi barədə məlumatların çatdırılması vacibdir.
 
Tədbirdə qeyd olunub ki, Azərbaycanda meşələrin sayında 0,4 faiz artım var. Bu da meşə bərpa tədbirlərinin 2,5 dəfə artmasının nəticəsidir.
 
Təlim zamanı jurnalistlər üçün GİZ proqramı haqqında, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunmasında KİV-in rolu mövzularında təqdimatlar olub. Sonda iştirakçılara sertifikatlar verilib.
 

Sizin Reklam Yeriniz