Əlaqə Arxiv
news Image
2017.06.16
17:00
| A A A
"Kaspersky Lab": Azərbaycan geosiyasi risklərlə əlaqədar kiberhücumlara daha çox məruz qala bilər
Kaspersky Lab şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski Bakıya gəlməyə hazırlaşır

Azərbaycan mövcud geosiyasi risklərlə əlaqədar kiberhücumlara daha çox məruz qala bilər. Bunu "Report”a açıqlamasında "Kaspersky Lab" şirkətinin vitse-prezidenti Anton Şinqaryov deyib.

Onun sözlərinə görə, bu cür hücumlar istənilən ölkədə baş verə bilər və bəzən güclü proqramçılar özləri kibrcinayətkarlara çevrilir. Bu baxımdan Azərbaycan da istisna deyil.
“Həmçinin, mürəkkəb geosiyasi şəraitdə, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda kiberhücum riski yüksəkdir. Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq deyə bilərəm ki, ölkənin informasiya texnologiyaları infrastrukturunun qorunması mühüm əhəmiyyət kəsb edir. Üstəlik, ölkənin güclü sənaye və maliyyə sektoruna sahibdir ki, bu da əlavə potensial risk deməkdir”, - deyə şirkət rəsmisi qeyd edib.
A.Şinqaryov həmçinin deyib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski Bakıya gəlməyə hazırlaşır. Bu günlərdə baş butacaq səfər çərçivəsində o, Azərbaycan paytaxtında "Formula-1" yarışlarını izləyəcək. "Yarışların iştirakçısı olan "Ferrari" komandasının sponsoru "Kaspersky Lab"dır. Yevgeni "Formula-1", sürət həvəskarıdır. O, Münhendə (Almaniya) keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşüb və bu görüşdə Bakı Qran-Prisinə dəvət alıb. Yevgeni Bakıda çox olsa da, bu yarışı Azərbaycan paytaxtında izləyə bilməyib”.
Şirkət nümayəndəsi onu da bildirib ki, Y.Kasperskinin səfər zamanı Azərbaycanın dövlət başçısı ilə görüşəcəyi istisna olunmur: “Bu görüş təsdiqlənməsə də, onun üçün istək var. Həmçinin, səfər zamanı bir sıra dövlət və özəl qurumların rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Güclü sənayesi olan Azərbaycan böyük əhəmiyyət kəsb edən bazardır”.

Sizin Reklam Yeriniz