Əlaqə Arxiv
news Image
2017.06.18
14:30
| A A A
Hacıqabulda iki yük maşını toqquşub

Hacıqabulda yük maşınları toqquşub, sürücülərdən biri xəsarət alıb. 

 

Movqe.az APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

 

“Shacman” markalı yük avtomobili arxadan mişar daşı ilə yüklü olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Aşan avtomobilin sürücüsü Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Əsədov Yaqub Ərzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz