Əlaqə Arxiv
news Image
2017.06.22
18:10
| A A A
Heydər Əliyev Mərkəzinin parkında uşaqlara sürpriz...

Heydər Əliyev Mərkəzi tərəfindən uşaqların asudə vaxtlarını səmərəli keçirilməsi, eləcə də sakinlərin, qonaqların həftə sonlarında maraqlı istirahəti məqsədilə silsilə tədbirlər, əyləncə proqramları təşkil edilir.

Bu tədbirlərdə əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli, mənalı və maraqlı təşkili ilə bərabər, həm də faydalı keçirilməsidir. Belə ki, tədbir təşkilatçıları tərəfindən uşaqlarda yaradıcı təfəkkürün və dünyagörüşün formalaşdırılması əsas hədəf seçilib. Eləcə də, uşaqların fiziki sağlamlığı prioritet seçilərək onlarda idmana maraq oyatmaq məqsədilə xüsusi tədbir düşünülüb.

Tədbir təşkilatçıları tərəfindən bu bazar günü nəzərdə tutulan şahmat turniri isə uşaqların asudə vaxtlarını həm də zehni məşğələlərlə faydalı keçirmələrinə şərait yaradacaq.

Movqe.az-ın məlumatına görə, beləliklə, iyunun 24-də saat 16:00-da Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün növbəti rəsm dərsi təşkil olunacaq. Dərslərdə 4-16 yaş arası uşaqlar iştirak edə bilər.

Tədbirin məqsədi uşaqların rəssamlığa marağının artırılması, eləcə də onlar üçün açıq havada maraqlı əyləncənin təşkilidir.

Rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, Rəssamlar İttifaqının üzvü, “Tonus Klubu”nun müəllimi Röya Həsənova keçəcək.

Dərsə giriş sərbəstdir.

Rəsm üçün bütün ləvazimatlar dərs zamanı veriləcək. Uşaqların rəsm ləvazimatlarını özləri ilə gətirməsinə və əvvəlcədən qeydiyyata ehtiyac yoxdur.

Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında “East or West” qrupu konsert proqramı ilə çıxış edəcək.

Konsert “Colorbots Show” ilə müşayiət olunacaq.

Həftəsonunu maraqlı, əyləncəli keçirmək istəyənlər “East or West”in açıq havada keçiriləcək konsertinə dəvətlidirlər. Giriş sərbəstdir.

Sizin Reklam Yeriniz