Əlaqə Arxiv
news Image
2017.06.26
13:56
| A A A
Alqaput Feferasiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik etdi

"Azərbaycan Silahlı Qüvvələri bu gün öz gücü, qüdrəti ilə qarşısına qoyduğu bütün hədəflərə çatmağa qadirdir". Bu fikirləri Azərbaycan Alqaput Feferasiyasının prezidenti Aqil Acalov 26 iyun-Azərbaycan Silahlı Qüvvələri günü ilə bağlı verdiyi açıqlamada səsləndirib. O, bildirib ki, 99 illik tarixə malik olan Azərbaycan Ordusu bu gün Qafqazın ən güclü, qüdrətli ordusudur: "Təbii ki, Azərbaycan Silahlı Qüvvələri bu günkü vəziyyətə gəlib çatana qədər müəyyən çətinliklər, problemlərlə üzləşib. Müstəqilliyin ilk illərində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğu, ordudakı nizamsızlıq və başıpozuqluq torpaqlarımızın işğalı ilə nəticələndi. Lakin ümummili lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi ordu sahəsində də müsbət irəliləyişlər baş verdi. Tezliklə qeyri-qanuni silahlı birləşmələr ləğv olundu, nizami ordu qurulması istiqamətində ciddi tədbirlər həyata keçirildi".

Aqil Acalov deyib ki, Azərbaycan Silahlı Qüvvələrinə göstərilən  diqqət və qayğı ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də davam etdirilir: "Ali Baş Komandanın Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsini biz keçən ilin aprel ayında gördük. Erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavabı nəticəsində uzun illər erməni işğalında olan bir neçə strateji yüksəkliklər azad olundu".

Aqil Acalov qeyd edib ki, hazırda Silahlı Qüvvələr elə bir gücə, qüdrətə malikdir ki, istənilən an işğal altında olan əraziləri azad edə bilər: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası gücləndirilir, təchizatı möhkəmləndirilir. İldən-ilə müdafiə xərclərinin artırılması, yeni silah-sursatların alınması ordunun gücünü daha da artırır.  Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri də möhkəmlənir, ikitərəfli formada hərbi əlaqələr qurulur. Bu gün Azərbaycan Ordusu BMT-nin sülhyaratma missiyasının tərkibində şərəflə xidmət edir. Həmçinin NATO ilə yüksək səviyyədə  əməkdaşlıq mövcuddur".

Aqil Acalov sonda rəhbərlik etdiyi federasiya və şəxsi adından Azərbaycan Silahlı Qüvvələrini bayram günü münasibətilə Azərbaycan Alpaqut Federasiyasının kollektivi və şəxsi adına başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları olmaqla silahlı qüvvələrin bütün zabit və əsgər heyətini 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etdi və vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayaraq hər bir federasiya üzvü və idmançının Ali Baş Komandana sadiq olduğunu, cənab prezidentin müharibə əmri verəcəyi təqdirdə əldə silah Vətənin müdafiəsinə hazır olacaqlarını vurğuladı: "Ümid edirik ki, o gün uzaqda deyil və tezliklə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan əraziləri azad edəcək və yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılar öz torpaqlarına qayıdacaq. Cocuq Mərcanlıya qayıdış bunun başlanğıcı oldu".

 

 

Sizin Reklam Yeriniz