Əlaqə Arxiv
news Image
2017.06.29
14:27
| A A A
“Təhsil müəssisələrinin optimallaşdırılması davam etdirilir” - Nazir

"Peşə təhsili sistemində təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdirilir və artıq bir çox peşə təhsil müəssisələri optimallaşdırılıb". Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
 
M. Cabbarovun sözlərinə görə, optimallaşdırılan peşə təhsil müəssisələrinin bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb. Nazir qeyd edib ki, bu işdə əsas məqsəd təhsil alanlar üçün təhsilin keyfiyyətinin qaldırılması və əmək bazarına hazırlıq keyfiyyətinin artırılması, beləliklə də peşə təhsilini bitirən hər kəs üçün iş yerinin daha asan və daha yüksək əmək haqqı ilə əldə edilməsi imkanının yaradılmasıdır.

Sizin Reklam Yeriniz